İsmayıllıda kəndin yolları bərbad vəziyyətdədir - VİDEO

Gündəm 4 May 2024 22:50 Oxunub 384
İsmayıllıda kəndin yolları bərbad vəziyyətdədir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İsmayıllının Sədiyan kəndinin yolları bərbad vəziyyətə düşüb. Sakinlər deyirlər ki, uzun illərdir yol sarıdan xeyli əziyyət çəkirlər. Xəstələri olanda təcili tibbi yardım, yanğın olanda isə yanğınsöndürənlər vaxtında kəndə çata bilmirlər. Yolların əlverişsiz olması ən çox nəqliyyat vasitələrinin işini çətinləşdirir və buna görə də hərəkət ləngiyir, gediş-gəliş əlavə vaxt aparır. Nəticədə sakinlər mənzil başına zamanında çata bilmirlər, avtomobillərin hissələri isə tez-tez sıradan çıxır.

Bildirilib ki, yolun rayon mərkəzindən kənd istiqamətinə qədər, təxminən 10-12 km olan hissəsi nisbətən yaxşı vəziyyətdədir. Amma Diyallı kəndinən ayrılan Sədiyan kəndin daxilinə doğru gedən hissəsi iri çay daşları ilə örtülüb ki, bu da öz növbəsində hərəkəti əlverişsiz edir.

Məsələ ilə bağlı kənd bələdiyyəsinin sədri Cahangir Surxayevin verdiyi məlumata görə, Sədiyan kəndinin yolarının yarasız vəziyyətə düşməsi barədə aidiyyəti orqanlara məlumat verilib.

Qeyd edilib ki, dəfələrlə kəndin yolu bərpa olunsa da, intesiv yağan yağışlardan sonra bu vəziyyətə düşür. Yağış yağdığından sözügedən yolda iş görmək mümkun deyil. Yağış kəsilən kimi əraziyə çay qrabeli töküləcək. Yolun kələ -kötür hissəsi hamarlanacaq.

Daha ətraflı videomaterialda.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh