Atışma zamanı 2 polis ölüb

Hadisə 27 Aprel 2024 14:27 Oxunub 212
Atışma zamanı 2 polis ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hindistanın Mərkəzi Ehtiyat Polis Qüvvələrinin (CRPF - hərbiləşdirilmiş polis strukturu) azı iki üzvü yaraqlıların hücumu nəticəsində ölüb.

“Report” xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

Bildirilib ki, hadisə Manipur ştatının şimal-şərqindəki Vişnupur rayonunda baş verib. Hüquq-mühafizə orqanlarının daha iki üzvü ağır yaralanıb.

Məlumata görə, Kuki qəbiləsinə mənsub olduğu güman edilən bir qrup yaraqlı təhlükəsizlik qüvvələrinin postlarına atəş açıb. Ekstremistlər hərbçilərə qumbara da atıblar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh