Bina çökdü: azı 11 nəfər dağıntılar altında qalıb
Hadisə
26 Aprel 2024 22:28
Oxunub 352
Nigeriyada azı 11 nəfər uçan binanın dağıntıları altında qalıb.
“Report” xəbər verir ki, bu barədə “Daily Post” qəzeti yazıb.
Nəşrin məlumatına görə, hadisə Kano əyalətinin Qvala rayonundakı Kuntau kəndində baş verib. Dağıntıların təmizlənməsi davam edir.
Qəzet qeyd edir ki, çökən bina tikilməkdə olub, ona görə də dağıntılar altında daha çox insan qala bilər.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR