Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
Hadisə
26 Aprel 2024 22:21
Oxunub 344
Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.
Penitensiar xidmətdən Avtosfer.az-a verilən məlumata görə, məhkum Namiq Sədrəddin oğlu Cavadova bacısı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı antiperspirant qabının içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə 1,738 qram heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR