Lüks avtomobilin törətdiyi qəza ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB - VİDEO

Hadisə 14 May 2024 12:13 Oxunub 258
Lüks avtomobilin törətdiyi qəza ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İnşaatçılar prospektində baş verən qəzanın səbəbi iki avtomobilin toqquşmasıdır.

Avtosfer.az xəbər verir ki, bunu Oxu.Az-ın sorğusunu cavablandıran Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli deyib.

O, qeyd edib ki, hadisə bu gün saat səkkiz radələrində paytaxtın Yasamal rayonu, İnşaatçılar prospektində qeydə alınıb.

“Belə ki, “Mercedes-Benz” markalı nəqliyyat vasitəsi “Ravon” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində “Mercedes-Benz” markalı avtomobil yol nişanlarına çırpılıb və nişanlar yerindən çıxıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır”, - deyə T.Nəsirli qeyd edib.

10:12

Bakının Yasamal rayonunda “Statistika dairəsi” kimi tanınan ərazidə yol-nəqliyyat hadisəsi baş verib.

Bununla bağlı Oxu.Az-a hadisə şahidləri məlumat veriblər.

Məlumatda bildirilib ki, “Mercedes-Benz” markalı avtomobil yol nişanına çırpılıb.

Hadisə nəticəsində avtomobilə ciddi ziyan dəyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh