“Prius” sürücüsü azyaşlı uşaqları baqaja mindirib yola çıxdı - 77-KE-361 - VİDEO

Hadisə 24 Aprel 2024 18:32 Oxunub 658
“Prius” sürücüsü azyaşlı uşaqları baqaja mindirib yola çıxdı - 77-KE-361   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtda azyaşlı uşaqları avtomobilin yük yerinə yerləşdirən sürücü görüntülənib.

Avtosfer.az xəbər verir ki, video Səbail rayonu Bayıl qəsəbəsi Mikayıl Useynov küçəsində qeydə alınıb. Belə ki, 77-KE-361 qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü iki azyaşlını maşının yük yerinə mindirib. Uşaqların həyatını təhlükəyə atan sürücü bu vəziyyətdə hərəkətə başlayıb. Həmçinin görüntülərdə digər sərnişinlərin buna göz yuması aydın əks olunub.

Qeyd edək ki, sürücü sərnişindaşıma qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 3 bal 80 manat məbləğində cərimə oluna bilər. 

Görüntüləri təqdim edirik:

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh