Qobudakı dəhşətli hadisənin təfərrüatı; Uşağın bədəni parça-parça olub - VİDEO

Hadisə 13 May 2024 23:06 Oxunub 462
Qobudakı dəhşətli hadisənin təfərrüatı; Uşağın bədəni parça-parça olub - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Lökbatan qəsəbəsi, “Qobu park-2” yaşayış massivində mayın 11-i axşam saatlarında 11 yaşlı Zeynəb Süleymanova sahibsiz küçə itlərinin hücumuna məruz qalıb.

11 yaşlı qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Azyaşlının nənəsi bildirib ki, qonşuları son anda uşağı itdən xilas ediblər:

“İt əlindən hərəkət etməyə yer tapmırıq. Üç it uşağı elə günə qoyub ki, görsəniz, ağlayarsınız. Başını, qolunu, qolunun altı tərəfini yeyib, bədənində elə yer yoxdur ki, it dişləməsin”.

Kliniki Tibbi Mərkəzdən bildirilib ki, uşağın müalicələri stasionar şəraitdə davam etdirilir, ona zəruri tibbi xidmətlər göstərilib. Xəstəyə quduzluq əleyhinə peyvənd vurulub, vəziyyəti stabildir.

Daha ətraflı Baku TV-nin süjetində:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh