Qubada faciə: Həyat yoldaşını bıçaqlayan şəxs intihar etdi

Hadisə 27 Aprel 2024 09:03 Oxunub 216
Qubada faciə:  Həyat yoldaşını bıçaqlayan şəxs intihar etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Aprelin 26-da gecə saatlarında Quba rayonunda həyat yoldaşının qəsdən sağlamlığına ağır zərər vurmaqda təqsirləndirlən 1977-ci il təvəllüdlü Ağayev Etibar geyim lifi ilə həyatına qəsd edib. APA xəbər verir ki, ona göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Araşdırma aparılır.

Qeyd edək ki, E.Ağayev bir müddət bundan öncə rayonun Birinci Nügədi kəndində ailə münaqişəsi zəminində yaşadıqları evdə həyat yoldaşına çoxsaylı bıçaq xəsarətləri yetirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh