Xəzərin Azərbaycan sektorunda 26 kq narkotik aşkarlandı - FOTO

Hadisə 14 May 2024 13:28 Oxunub 190
Xəzərin Azərbaycan sektorunda 26 kq narkotik aşkarlandı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.

 

Avtosfer.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, may ayının 12-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri, texniki müşahidə məntəqəsi və sərhəd gözətçi gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Ələt reydində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində sahildən 10.7 mil məsafədə ümumi çəkisi 26 kiloqram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

 

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh