Yasamalda oğurluq edənləri polis yaxalayıb - FOTO + VİDEO

Hadisə 27 Aprel 2024 16:33 Oxunub 260
Yasamalda oğurluq edənləri polis yaxalayıb - FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Yasamal rayonunda vətəndaşlardan birinə məxsus avtomobilin şüşəsini qıraraq içərisindən mobil telefon oğurlandığı barədə polisə məlumat daxil olub.

Avtosfer.az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törədən əvvəllər məhkum olunmuş 1998-ci il təvəllüdlü Vüsal Mirzəyev saxlanılıb. Saxlanılanın törətdiyi əməl təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb.

O, dindirmə zamanı oğurladığı mobil telefonu satdığını bildirib.

Şöbə əməkdaşlarının həyata keçirdikləri digər tədbir zamanı rayon ərazisində yerləşən binalardan birinin dəhlizindən velosiped oğurlayan 1975-ci il təvəllüdlü Pərviz Hacıyev saxlanılıb.

V.Mirzəyev və P.Hacıyevin analoji əməllərdə iştirakının olub-olmaması araşdırılır. Onların qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh