Fransa hava limanlarında uçuşların 75%-ə qədəri ləğv edilir - SƏBƏB

Xəbərlər 24 Aprel 2024 15:44 Oxunub 156
Fransa hava limanlarında uçuşların 75%-ə qədəri ləğv edilir - SƏBƏB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hava dispetçerlərinin tətili aprelin 25-də Fransa hava limanlarında uçuşların 75%-ə qədərinin ləğvinə səbəb olacaq.

Avtosfer.az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Məlumata görə, aprelin 25-də keçiriləcək etiraz aksiyası zamanı Paris Orli hava limanından uçuşların 75%-i, Şarl de Qoll aeroportundan isə 65%-i ləğv ediləcək. Ölkə üzrə hava limanlarının tətilə qoşulacağı gözlənilir. Xüsusilə, Tuluza və Nitsada uçuşların təxminən 60%-i ləğv ediləcək.

Telekanal qeyd edir ki, dispetçerlərin işinin dayandırılması aviaşirkətlərə on milyonlarla avroya başa gələcək və on minlərlə sərnişinə də təsir edəcək.

modern.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh