Olimpiya məşəli gəmi ilə Yunanıstandan Fransaya yola düşüb

Xəbərlər 27 Aprel 2024 15:57 Oxunub 230
Olimpiya məşəli gəmi ilə Yunanıstandan Fransaya yola düşüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Paris-2024” Yay Olimpiya Oyunlarının məşəli üç yelkənli qədim gəmi ilə Yunanıstandan Fransaya yola düşüb. “Azərtac” xəbər verir ki, Olimpiya məşəli 12 gün ərzində Aralıq dənizindən keçərək mayın 8-də Marselə daxil olacaq.

Məşəl Fransa torpaqlarını qət edərək iyulun 26-da Parisə çatacaq. Bu müddət ərzində məşəl dənizaşırı ərazilər – Qvadelupa, Martinik, Qviyana, Reünyon və Polinezi də daxil olmaqla 64 məntəqədən keçməlidir.

Xatırladaq ki, Fransanın hər 3 departamentindən 1-i, ümumilikdə, 65 şəhər maliyyə məsələsinə görə məşəli qəbul etməkdən imtina edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh