Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO

Xəbərlər 5 May 2024 17:45 Oxunub 286
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiya Prezidenti Vladimir Putin inauqurasiya mərasiminə yenilənmiş “Aurus” avtomobili ilə gələcək.

Avtosfer.az xəbər verir ki,Dövlət başçısının yeni avtomobili ilk dəfə “Rossiya-1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” proqramının efirində nümayiş etdirilib.

Onun yaradıcılarının sözlərinə görə, avtomobilin ön hissəsi dəyişdirilib - optika, radiator barmaqlığı, qabaq bamper, kapot. Qanadlar da dəyişib.

Ümumiyyətlə, avtomobil öz sələfi ilə müqayisədə daha müasir olub. “Aurus”un dizaynı tamamilə yerli mütəxəssislər tərəfindən hazırlanıb.

 

Xatırladaq ki, Rusiya Federasiyasının seçilmiş prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də Kremldə keçiriləcək.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh