Bu sürücü yolda özünü apara bilmir: Hamını sıxışdırıb təhlükə yaradır - VİDEO

Qaydalar 28 Mart 2024 12:00 Oxunub 638
Bu sürücü yolda özünü apara bilmir: Hamını sıxışdırıb təhlükə yaradır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı-Sumqayıt yolunda ötmə qaydasını kobud şəkildə pozan sürücünün videosu sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, hadisə martın 25-də baş verib. Belə ki, 50-CX-321 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü sözügedən yolda hərəkət edən zaman sol zolaqdakı avtomobili sıxışdırmağa başlayıb. O, hərəkət hissəsinin sərhədini bildirən xətti kəsib keçərək dəmir məhəccərlərin yanı ilə ötmə edib. Bu zaman görüntünü qeydə alan sürücünü sıxışdıraraq ona təhlükəli anlar yaşadıb.

Qeyd edək ki, bu sürücünün bir müddət əvvəl digər avtomobilə təhlükə yaratması ilə bağlı videogörüntü dərc etmişdik. Çox təəssüf ki, sürücü edilən tənqiddən hələ də nəticə çıxarmayıb.

Hər iki videonu təqdim edirik:

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh