Prospektdə bütün qaydaları pozan moped sürücüsü sonda bunu da etdi - VİDEO

Qaydalar 13 May 2024 18:36 Oxunub 800
Prospektdə bütün qaydaları pozan moped sürücüsü sonda bunu da etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xətai rayonu Gəncə prospektində kobud qayda pozan sürücü görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 12-si günorta saatlarında qeydə alınıb. Hərəkətdə olan moped sürücüsü eyni anda bir neçə qayda pozuntusu törədib. Belə ki, o, işıqforun qırmızı işığında dayanmadan digər nəqliyyat vasitələrindən fərqli olaraq yoluna davam edir. Daha sonra isə piyada keçidinin üzərindən əks istiqamətli yola çıxır və axına qarşı hərəkət edir. 
Qeyd edək ki, sürücünün törətdiyi bu qayda pozuntuları İnzibati Xətalar Məcəlləsinin  338.4.3-cü maddəsiylə tənzimlənir.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh