Ramanada əks yola çıxan sürücü qəzadan son anda yayındı - ANBAAN VİDEO

Qaydalar 28 Mart 2024 21:00 Oxunub 624
Ramanada əks yola çıxan sürücü qəzadan son anda yayındı    - ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sabunçu rayonu Yeni Ramana qəsəbəsində qayda pozan sürücü son anda qəzadan yayınıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl günorta saatlarında qeydə alınıb. Belə ki, 03-BA-009 dövlət nömrə nişanlı “VAZ-21099” markalı avtomobilin sürücüsü əks istiqamətli yola çıxıb. Bu zaman o, qarşı tərəfdən gələn “Chevrolet” markalı avtomobilə qəza təhlükəsi yaradıb. Lakin qayda pozan sürücü son anda sağa manevr edərək baş verə biləcək ağır qəzadan yayınıb. 
Qeyd edək ki, sürücünün törətdiyi bu qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə 4 bal 150 manat cəriməylə nəticələnir.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh