Tıxacda qalmamaq üçün əks yola çıxan sürücü öz zolağına qaytarıldı - VİDEO

Qaydalar 13 May 2024 16:12 Oxunub 1198
Tıxacda qalmamaq üçün əks yola çıxan sürücü öz zolağına qaytarıldı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində kobud qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 11-də axşam saatlarında qeydə alınıb. Hərəkətdə olan 10-VE-092 dövlət nömrə nişanlı “Chevrolet Malibu” markalı avtomobilin sürücüsü əks istiqamətli yola çıxıb. Belə ki, o, tıxacda qalmaq istəmədiyi üçün axına qarşı hərəkət edib. Lakin həmin zolaqda hərəkətdə olan maşının sürücüsü ona yol verməyib. Bu zaman qayda pozan sürücü məcbur qalaraq yenidən öz zolağına qayıdıb.
Xatırladaq ki, bu xəta, İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə 4 bal 150 manat cəriməylə nəticələnir.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh