Gürcüstanda ağır yol qəzası: 2 ölü, 7 yaralı

Qəzalar 4 May 2024 20:25 Oxunub 456
Gürcüstanda ağır yol qəzası: 2 ölü, 7 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gürcüstanda ağır yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə mayın 5-də Kutaisi-Tsxaltubo avtomobil magistralında qeydə alınıb.

Məlumata görə, minik avtomobili digər iki nəqliyyat vasitəsi ilə toqquşub. Zərbənin təsirindən minik avtomobili yanıb. Nəticədə 2 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb.

Hadisə yerinə polis, xilasetmə və təcili yardım briqadaları cəlb edilib.

Bildirilir ki, xəstəxanaya yerləşdirilən şəxslərdən ikisinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh