Uçuş məsafəsi iki min kilometrdən çox olan zenit raketi hazırlanıb

Texnologiya 28 Mart 2024 23:45 Oxunub 362
Uçuş məsafəsi iki min kilometrdən çox olan zenit raketi hazırlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Çində iki min kilometrdən uzaq məsafədəki hava hədəflərini vura bilən idarəolunan zenit raketi hazırlanıb.

Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, uzunluğu 8 metr, çəkisi 2,5 ton olan yeni raket mobil qurğulardan buraxıla biləcək. O, uzaq məsafədə uçan radiolokasiya təyyarələrini və bombardmançıları vurmaq üçün nəzərdə tutulub.

Raketin xarici görünüşü barədə dolğun məlumatlar olmasa da, onun iki il əvvəl hazırlanmış “Feitian-1” hipersəs raketinə bənzədiyi güman edilir.

Çinli ekspertlərin sözlərinə görə, yeni raket hələ ÇXR ordusunun arsenalına daxil edilməyib, lakin “qlobal və regional miqyasda sülh və sabitliyin qorunması üçün vacibdir”.

Qeyd edək ki, hazırda dünyanın ən mükəmməl zenit raketlərinin uçuş məsafəsi bir neçə yüz kilometrdən çox deyil. Uzun mənzilli silahlardan istifadə zamanı hədəf təyinatını təmin etmək problem yaradır. Çinli alimlər bu problemi kəşfiyyat peyklərinin köməyi ilə həll etməyi planlaşdırırlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh