“Qiyamət günü təyyarəsi” hazırlanacaq

Yeniliklər 27 Aprel 2024 14:36 Oxunub 228
“Qiyamət günü təyyarəsi” hazırlanacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz

ABŞ Hərbi Hava Qüvvələri “qiyamət günü təyyarəsi” adlanan “E-4 Nightwatch” laynerini əvəzləyəcək təyyarənin hazırlanması üçün 13 milyard dollarlıq müqavilə imzalayıb.

Avtosfer.az “Azərtac” istinadla xəbər verir ki, müqavilə “Sierra Nevada Corporation” təyyarə istehsalçısı ilə bağlanıb. Hava-Dəniz Əməliyyatlarına Nəzarət Mərkəzinin layihəsi üzərində işlərin Kolorado, Nevada və Ohayo ştatlarında aparılacağı və 2036-cı ildə tamamlanacağı planlaşdırılır.

“Boeing 747-200” təyyarəsinin modernizə edilmiş “Boeing E-4 Nightwatch” variantı havada yanacaq doldurulması şərti ilə bir həftəyədək fasiləsiz uça bilir. Təyyarədəki avadanlıqlar göyərtədəki insanları nüvə partlayışının zərərlərindən qoruyur. ABŞ komandanlığı bu təyyarə vasitəsilə strateji və qeyri-strateji qoşun növləri ilə əlaqə saxlayır. Hazırda ABŞ Hərbi Hava Qüvvələrində dörd ədəd belə təyyarə var.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh