Bu qayda pozuntusuna görə sürücüləri 50 manat cərimə gözləyir - DYP-dən AÇIQLAMA

Yol polisi 2 May 2024 19:57 Oxunub 5094
Bu qayda pozuntusuna görə sürücüləri 50 manat cərimə gözləyir - DYP-dən AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Mayın 15-dən etibarən respublika ərazisində "Təmiz hava" aylığının keçirilməsinə başlanılacaq.

Avtosfer.az-a açıqlama verən DİN Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev bildirib ki, “Təmiz hava” aylığı Baş DYP İdarəsi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə həyata keçirilir: ““Təmiz hava” aylığının keçirilməsində əsas məqsəd ölkəmizin avtomobil yollarında mühərrikin işlənmiş qazlarında atmosferə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu avtonəqliyyat vasitələrinin istismarının qarşısını almaq, habelə sürücülərin, sərnişin və yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə, o cümlədən insanların həyat və sağlamlıgına vurduğu zərərlə bağlı maarifləndirilməsidir. Bu gün respublikada atmosferə buraxılan çirkləndirici maddələrin 75 faizindən çoxu avtomobil yanacağı ilə işləyən mühərriklərin payına düşür”.

Elvin Hacıyev qayda pozuntuları ilə bağlı qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini də sürücülərin nəzərinə çatdırıb: “Bütün bunlar nəzərə alınaraq bir daha sürücülərdən fiziki və hüquqi şəxslərdən istifadələrində olan avtonəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edirik. Əks təqdirdə aşkar olunan qayda pozuntuları ilə bağlı qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini onların nəzərinə çatdırırıq”.  

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh