Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib sıra baxışı keçirdi - 129 nəfər işə götürüldü - VİDEO

Yol polisi 28 Mart 2024 15:18 Oxunub 346
Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib sıra baxışı keçirdi - 129 nəfər işə götürüldü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 27-də və 28-də Şamaxı Rayon Polis Şöbəsində vətəndaş qəbulu keçirib.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayon Polis Şöbəsinin inzibati binasında Şamaxı, Qobustan, Ağsu, Göyçay, İsmayıllı şəhər və rayonlarından qəbula gələn 238 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
34 Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 129 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh