Avtomobil alarkən diqqətli olun! – Uduzursuz – VİDEO

Avtoxəbər 2 İyul 2015 13:18 Oxunub 1952
Avtomobil alarkən diqqətli olun! – Uduzursuz – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Etibarnamə ilə avtomobil alarkən sığorta şirkətinə məlumat verin

Könüllü sığortası olan avtomobili alan şəxslər diqqətli olun. Həmin avtomobillə qəza törətsəniz sığorta şirkəti dəymiş ziyanı ödəməkdən imtina edə bilər. Bəs belə halla rastlaşmamaq üçün nə etmək lazımdır?

Zərərçəkmiş Vüsal Vəliyev başına gələn hadisənin başqasının başına gəlməməsi üçün biz bu məsələni sizin üçün araşdırdıq. Vüsal Vəliyev belə danışır: “Təxminən bir il əvvəl maşın aldım və aldıqdan bir müddət sonra qəza törətdim. Sığortaya zəng vurdum hadisə yerinə gəldilər. Onlar bildirdilər ki, sığorta başqasının adınadı. Məndə araşdırdım tapmadım. Beləliklə bütün xərcləri özüm çəkdim”.

Avtomobilin ilk sahibi xarici ölkədə yaşadığından zərərçəkmiş Vüsal Vəliyev onu tapa bilməyib. Belə olduğundan avtomobilinə dəymiş 4-5 min manata yaxın ziyanı o özü ödəməli olub.

Bu hadisə avtomobil alarkən könüllü sığorta edilməsi məsələsini gündəmə gətirir. Sığorta ekspertləri bildirir ki, əgər avtomobil satan şəxsin könüllü sığortası varsa və avtomobili başqasına satarsa bu barədə sığorta şirkətinə mütləq məlumat verməldir. Əks halda zərərçəkmiş Vüsal Vəliyevin aqibəti onlarıda gözləyir.

Bəs sığortalı şəxs dünyasını dəyişərsə necə? Ekspertlərin sözlərinə görə belə olan halda sığorta şirkəti onunla bağlanmış müqaviləyə xitam verir. Yəni qəza baş verərsə yenədə ikinci şəxsə ziyan dəyəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh