Rayonlardan gələn maşınlar Bakıya gecə buraxılacaq  - ABİD ŞƏRİFOV

Gündəm 2 İyul 2015 18:54 Oxunub 1523
Rayonlardan gələn maşınlar Bakıya gecə buraxılacaq  - ABİD ŞƏRİFOV
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıya gələn ictimai nəqliyyatın şəhərə daxil olması ilə bağlı isə heç bir məhdudiyyət olmayacaq 

Rayonlardan gələn bütün növ avtomobillər Bakıya saat 24:00-dan səhər saat 7:00-a qədər buraxılacaq. Bu barədə APA-ya açıqlamasında Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov deyib. A.Şərifov rayonlardan Bakıya gələn ictimai nəqliyyatın şəhərə daxil olması ilə bağlı isə heç bir məhdudiyyətin olmadığını və olmayacağını söyləyib.

Qeyd edək ki, Bakı 2015 I Avropa Oyunlarında iştirak edən idmançıların, eləcə də tədbirə gəlmiş xarici qonaqların hələ də paytaxtda olmaları ilə əlaqədar Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin müraciətinə əsasən, Oyunlar ərəfəsində yol hərəkətinə tətbiq edilmiş müəyyən məhdudiyyətlərin vaxtı 10 gün müddətinə uzadılıb. Oyunlar zamanı paytaxtda nəqliyyatın hərəkətinin təşkilindən, eləcə də nəqliyyat sıxlığının aradan qaldırılması nəticəsində yollardakı rahat və fasiləsiz hərəkətdən, habelə bunların şəhərin ekoloji durumuna da müsbət təsirindən məmnun qalan şəhər sakinlərinin çoxsaylı müraciəti əsasında Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyası tərəfindən paytaxtda nəqliyyat problemlərinin həlli üzrə müvafiq Tədbirlər Planının hazırlanması üçün Komissiya üzvlərinin iştirakı ilə iclaslar keçirilir, müzakirələr aparılır.

A.Şərifov bildirib ki, 10 gün sonra Tədbirlər Planı qəbul ediləcək və bu sahədə digər məsələlər də tənzimlənəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Anar 2 İyul 2015 18:03
Zəhmət olmasa məlumat verəsüiniz, Sumqayıt nömrəsi də bu qərara daxildirmi şəhərə buraxılacaq ya yox