Hansı nişan dayanmanı qadağan etmir? – SUALIN CAVABI

Yarışma 6 İyul 2015 15:41 Oxunub 6296
Hansı nişan dayanmanı qadağan etmir? – SUALIN CAVABI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab vermiş şəxsin kimliyini təqdim edir. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu nişanlardan hansı adamları mindirmək və ya düşürmək üçün nəqliyyat vasitəsini dayandırmağı qadağan etmir?

A) Hamısı qadağan edir;

B) Heç biri qadağan etmir;

C) 2-ci nişan qadağan etmir;

D) 2-ci, 3-cü və 4-cü nişanlar qadağan etmir.

Sualın doğru cavabı belədir: Şəkildəki 1-ci nişan (3.27 “Dayanmaq qadağandır”) dayanma və durmanı qadağan edir. 3-cü (5.1 “Avtomagistral” və 4-cü (5.3 “Avtomobillər üçün yol”) nişanlar ilə işarə olunmuş yollarda həm dayanma və durma, həm də adamların hərəkəti qadağandır. 2-ci (3.28 “Durmaq qadağandır”) nişan isə dayanmanı deyil, durmanı (duracağa qoymanı) qadağan edir. Deməli, sualın doğru cavabı “C” variantı olacaq:  2-ci nişan adamları mindirmək və ya düşürmək üçün nəqliyyat vasitəsini dayandırmağı qadağan etmir. Sualın ilk doğru cavabını Yaşar adlı oxucumuz verib. Onu təbrik edirik!

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh