Yolu hansı ardıcıllıqla keçmək lazımdır? – YENİ SUAL

Yarışma 6 İyul 2015 20:46 Oxunub 1985
Yolu hansı ardıcıllıqla keçmək lazımdır? – YENİ SUAL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az bu həftənin yeni sualını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız yolayrıcını keçmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Svetoforun sarı işığının yanıb-söndüyü bu yolayrıcını hərəkət iştirakçıları hansı ardıcıllıqla keçməlidirlər?

A) Düzünə gedən at arabası gözləməli, sizin idarə etdiyiniz və qarşıdan düzünə gələn avtomobil isə bir-birinə mane olmadığınıza görə hər ikiniz eyni zamanda keçib getməlisiniz;

B) Əvvəl qarşıdan düzünə gələn minik avtomobili, daha sonra düzünə gedən at arabası, sonda isə siz keçməlisiniz;

C) Əvvəl düzünə gedən at arabası keçib getməli, daha sonra isə sizin idarə etdiyiniz və qarşıdan düzünə gələn avtomobil bir-birinə mane olmadığınıza görə hər ikiniz eyni zamanda keçib getməlisiniz.

QEYD: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız.

Öyrənək, öyrədək!

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Qasim 7 İyul 2015 10:47
B Əvvəl qarşıdan düzünə gələn minik avtomobili, daha sonra düzünə gedən at arabası, sonda isə siz keçməlisiniz;