Gəncə avtomobil zavodunda kombayn istehsal edilə bilər

Avtobazar 6 İyun 2014 01:24 Oxunub 3386
Gəncə avtomobil zavodunda kombayn istehsal edilə bilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Belarus səfiri: «Gəncə Avtomobil Zavodu ilə sıx əlaqələr qurulub»

Gəncə Avtomobil Zavodu və "QomSelmaş" müəssisəsi ilə yeni müqavilə bağlanıb və bu müqavilə çərçivəsində Gəncədə yeni kombaynların hazırlanmasına başlanılacaq. APA-nın verdiyi məlumata görə, bu barədə açıqlamanı Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç Gəncəyə səfəri zamanı jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, Belarus ilə Azərbaycan arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətində tədbirlər planı hazırlanıb. “Gəncə ilə Belarusun Qomel şəhəri qardaş şəhərlərdir və bundan irəli gələrək bu iki şəhər arasında yeni iqtisadi layihələr müzakirə olunur. Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə də bu barədə müzakirə apardıq”,  deyən diplomat qeyd edib ki, hazırda Belarus ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində hər iki ölkə prezidentləri arasında keçirilən son görüşdə razılıq əldə olunub və planlar var. 

“Gəncə Avtomobil Zavodu ilə sıx əlaqələr qurulub. Bura gəlməzdən öncə mən zavod rəhbərliyi ilə görüşdüm və məhsulların sayının artırılması, yeni məhsulların hazırlanması istiqamətində geniş fikir mübadiləsi apardıq”.

Səfir bildirib ki, Gəncə Avtomobil Zavodu və "QomSelmaş" müəssisəsi ilə yeni müqavilə bağlanıb və bu müqavilə çərçivəsində Gəncədə yeni kombaynların hazırlanmasına başlanılacaq. N. Patskeviç nümunə üçün 3 ədəd kombaynın Gəncəyə gətirildiyini və sahələrdə sınaqdan keçirildiyini bildirib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh