Sürücülərə mühüm xəbər - Bu təkərlər həyatınız üçün təhlükəlidir - VİDEO

Avtodünya 8 İyul 2015 09:58 Oxunub 2417
Sürücülərə mühüm xəbər - Bu təkərlər həyatınız üçün təhlükəlidir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fəsilllər dəyişsə də, bir çox sürücü avtomobilinin təkərlərini dəyişmir

Fəsilllər dəyişsə də, bir çox sürücü avtomobilinin təkərlərini dəyişmir.Sürücülər xəbərsiz olsalar da, yay fəslində qış təkərlərindən istifadə etmək qəzalara səbəb ola bilər. Həm də belə təkərlər sürücülərə maddi cəhətdən daha çox ziyan vurur. Bəzi sürücülər yay fəslində avtomobili qış təkəri ilə idarə etməyin fəsadlarından xəbərsiz olsalar da, mütəxəssislər bunun qəza riskinin artmasına səbəb olduğunu bildirirlər. Çünki qış təkərlərləri yay aylarında funksionallığını itirir.

Bundan başqa, qış təkərləri isti havalarda avtomobilin əyləc yolunun 3 dəfəyə qədər artmasına səbəb olur. Belə təkərləri isti asfalt üzərində idarə etmək sükanı da ağırlaşdırır və avtomobilin detallarının daha tez sıradan çıxmasına yol açır.

Yay təkəri görünüşünə görə qış təkərindən hamarlığı ilə seçilir. Belə ki, qış təkərlərinin üzərində kiçik cızıqlar olduğu halda, yay təkərində bunlar olmur. Mütəxəssislər sürücülərə fəslə uyğun təkərdən istifadə etməyi tövsiyə edirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh