Oğurlanmış maşınını 44 il gözləyib həsrətlə ölənlər var... - HEYRƏTAMİZ RƏQƏMLƏR

Avtodünya 9 İyul 2015 12:26 Oxunub 2097
Oğurlanmış maşınını 44 il gözləyib həsrətlə ölənlər var...  - HEYRƏTAMİZ RƏQƏMLƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ən çox qaçırılan avtomobil "Mercedes", ən az qaçırılan isə "Opel"dir

Azərbaycanda avtomobillərin sayı artdıqca, onları oğurlayanların sayı da çoxalır. Maraqlısı odur ki, maşını oğurlanmış vətəndaşlarımız arasında 44 ildən bəri gözü yolda olan, dünyasını həsrətlə dəyişənlər var. 

Ölkədə nə qədər, əsasən hansı maşınların oğurlanmasını öyrənmək üçün yüngül araşdırma apardıq. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən milli.az məlumat əldə etdi ki, hazırda ölkə üzrə 2521 nəqliyyat vasitəsi axtarışdadır. Axtarışda olan avtomobillərin böyük əksəriyyəti VAZ, UAZ, KamAZ , ZİL, URAL markalı maşınlardır. Axtarıların maşınlar arasında 1971-ci ildən Nizami rayonunda axtarılan VAZ-21011 markalı avtomobil var. 

Əldə etdiyimiz hesabatdan görünür ki, əyalətlərdə maşın oğurlanmasının statistikası çox aşağıdır. Axtarışda olan avtomobillərin, demək olar ki, böyük əksəriyyəti Bakı şəhərinin payına düşür. Əyalətlərdə isə maşın oğurluğu daha çox Sumqayıt, Mingəçevir, Gəncə şəhərlərində olub. Qaçırılan avtomobilləri rayon polis idarələri ilə yanaşı, daha çox Daxili İşlər Nazirliyinin Təchizat İdarəsi axtarır. 

Hazırda isə qeyri-rəsmi statistikaya görə, ən çox qaçırılan avtomobil "Mercedes", ən az qaçırılan isə "Opel"dir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Vüqar Ələsgərov 9 İyul 2015 15:08
UAZ, KamAZ , ZİL, URAL markalı avtomobillər əsasən SSRİ dağılan vaxt naməlum şəraitdə itənlərdir. Həm də sovet ordusundan oğurlananlar.