DYP -dən Kamran Ağayevin radarlarının silinməsinə münasibət

Avtoxəbər 11 Aprel 2014 00:00 Oxunub 3094
DYP -dən Kamran Ağayevin radarlarının silinməsinə münasibət
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Mən özüm heç Kamranı tanımıram»

“Bu xəbəri araşdırıb sizin sualınıza cavab verəcəm”. Bu sözləri azxeber.com-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov söyləyib. V.Əsədov Xəzər-Lənkəranın və milli komandamızın qapıçısı Kamran Ağayev “İdman Azərbaycan” televiziyasında yayımlanan verilişlərin birində “DYP əməkdaşları elə olur ki, öz ciblərindən xərc çəkib mənim radarlarımı silirlər” cümləsini işlətməsinə münasibət bildirib: “Bu məsələylə bağlı heç bir məlumatım yoxdur. Mən özüm heç Kamranı tanımıram. O isə deyib ki, onu hamı tanıyır. Bu xəbəri araşdırıb sizin sualınıza cavab verəcəm”.

Xatırladaq ki, futbolçu müxbirin “Heç DYP əməkdaşlarının sizi saxladığı olubmu?” sulalına Kamran Ağayev maraqlı cavab verib: “Əksəriyyəti məni tanıyır. Yüksək dərəcədə hörmət edirlər mənə. Elə vaxt olur ki, mən radara dadüşürəm. Mənim qeydiyyatda olduğum rayonda isə DYP əməkdaşları elə olur ki, öz ciblərindən xərc çəkib mənim radarlarımı silirlər. Adam lap xəcalət çəkir. Efir vasitəsi ilə deyirəm ki, sağolsunlar. Heç bilmirəm xəcalətlərindən necə çıxım”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh