Rüfət Axundovun avtomobil sevgisi - FOTO

Avtodünya 10 İyul 2015 15:41 Oxunub 4377
Rüfət Axundovun avtomobil sevgisi  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Həyatda tək marağım avtomobillər və geyimdir"

Müğənni Rüfət Axundov avtomobil sevgisindən bəhs edib. Avtosfer.az xəbər verir ki, bu barədə axşam-a açıqlama verən sənətçi hobbisinin maşın və geyim olduğunu bildirib: "Həyatda tək marağım avtomobillər və geyimdir. Qorxuram ki, dünyamı tez dəyişərəm, doyunca istədiyim maşınları sürmərəm. Ona görə də tez-tez avtomobilimi dəyişirəm. Nəsə yeni maşın çıxırsa, alıram, 5-6 ay sürüb satıram".

Yay istirahətindən söz açan R.Axundov Pattaya adasında dincələcəyini bildirib: "Bölgələrimizdə dincəldim. Şamaxıda, Xaçmazda oldum. Hər il xaricə gedirdim, indi isə Bakıda hər şey var: hovuz, otel, dəniz. Amma bu yaxınlarda dostlarımla Pattaya adasına gedəcəm. Neçə vaxtdır ailəmlə dincəlirəm, indi dostlarıma vaxt ayıracam".

http://img.milli.az/2015/07/10/355875_01.jpg

http://img.milli.az/2015/07/10/355875_02.jpg

http://img.milli.az/2015/07/10/355875_03.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh