General «avtoş»lardan və qəzalardan danışdı

Yol polisi 11 İyul 2015 00:13 Oxunub 1812
General «avtoş»lardan və qəzalardan danışdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vilayət Eyvazov: "Avtoxuliqanlığa görə 214 nəfər barəsində qanunauyğun tədbirlər görülüb"

Respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayının 20 mindən çox artması fonunda yol-nəqliyyat hadisələrinin sayı 14,1 faiz, qəzalarda həlak olanların sayı 20,5 faiz, xəsarət alanların sayı isə 9,5 faiz azalıb. Avtosfer.az-ın məlumatına görə, bunu daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov Daxili İşlər Nazirliyində (DİN) 2015-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında bildirib.

Nazir müavini qeyd edib ki, hadisələrin, qəzalar nəticəsində ölənlərin və xəsarət alanların sayının azalmasını şərtləndirən amillər sırasında onların baş verməsinə səbəb olan xarakterik halların aradan qaldırılması, xüsusən inzibati xətaların aşkarlanmasının yaxşılaşması olub: “Belə ki, 2014-cü ilin 6 ayı ilə müqayisədə hesabat dövründə 12,5 faiz çox və ya 1.122.498 müvafiq qayda pozuntusu müəyyən edilib, o cümlədən şüşələrinə pərdə və plyonka çəkilmiş 3636 avtomobil sürücüsü, avtoxuliqanlığa görə 214 nəfər barəsində qanunauyğun tədbirlər görülüb”.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh