“Formula-1”in təqvimi dəyişə bilər

Gündəm 13 İyul 2015 12:33 Oxunub 1035
“Formula-1”in təqvimi dəyişə bilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əsas dəyişiklik yarışın Azərbaycanda keçirilməsidir

“Formula-1”in britaniyalı icmalçısı Ceyms Allen çempionatın 2016-cı il üçün təqviminin ilkin versiyasını şərh edib. 

Avtosfer.az bu barədə f1report.ru saytına istinadla xəbər verir. 

“FİA nümayəndələri növbəti mövsüm üçün çempionatın təqviminin ilkin versiyasını açıqlayıblar. Lakin qeyd etmək istəyirəm ki, təqvimin yekun versiyası ilkin versiyadan çox fərqlənə bilər. 

2015-ci il mövsümünün də ilkin təqvimində 21 yarış var idi, lakin sonra Koreyadakı mərhələ və Aımaniyadakı qran-pri təqvimdən çıxarıldı”, - Allen qeyd edib.

Növbəti mövsüm üçün təqvimdə əsas dəyişiklik yarışın Azərbaycanda keçirilməsidir. Mövsüm apreldə başlayacaq və noyabrın sonuna qədər çempionatın iştirakçıları sıx qrafikdə işləyəcəklər – mərhələlər arasında yeddi fasilə yalnız bir həftə təşkil edəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh