Piyadanı öldürən sürücüyə cəza

Gündəm 13 İyul 2015 12:37 Oxunub 1146
Piyadanı öldürən sürücüyə cəza
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Samir Hacıyev 5 il müddətinə azadlıqdan məhrum edilib

Ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Hacıqabul rayon sakini, 1986-cı il təvəllüdlü Samir Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Avtosfer.az teleqraf-a istinadən xəbər verir ki, cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. 

İttihama görə, Samir Hacıyev 1 avqust 2014-cü ildə, saat 23 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan “VAZ-21074” avtomobillə Şirvan-Hacıqabul yolunun 1-ci kilometrliyində, Hacıqabul şəhəri istiqamətində yol hərəkəti qaydasını pozub. O, idarə etdiyi avtomobillə həmin yerdə yolu keçən piyada Şamo Azayevi vurub.  Piyada aldığı zərbədən hadisə yerində ölüb. 

Samir Hacıyev Cinayət Məcəlləsinin n 263-1.3-cü (yol hərəkəti qaydalarını sərxoş vəziyyətdə pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib. Hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh