Gəncə-Qazax yolunda reyd: 300 sürücü cərimələndi

Yol polisi 13 İyul 2015 13:32 Oxunub 1557
Gəncə-Qazax yolunda reyd: 300 sürücü cərimələndi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Reydlərin qarşıdakı günlərdə də davam etdiriləcəyi bildirilib

Bakı-Qazax magistral yolunun qərb bölgəsindən keçən hissəsində reyd keçirilib. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, bir neçə gün əvvəl magistral yolun Tovuz rayonu ərazisində 4 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəzadan sonra yol polisi ölkənin əsas yollarında kütləvi reydlərə başlayıb. İdarənin məsul şəxslərinin xüsusi qrupunun da iştirak etdiyi reydlərə Tovuz rayonundan başlanılıb. Reyd zamanı sənədsiz sükan arxasına oturan, sərxoş halda avtomobil idarə edən sürücülər aşkar edilərək cəzalandırılıb. Tovuz rayonunda avtomobili sənədsiz idarə edən sürücülərə daha çox rast gəlindiyi, Qazaxda isə spirtli içki qəbul edərək sükan arxasına əyləşənlərin çoxluq təşkil etdiyi bildirilib. Reydlərə Şəmkir rayonunda yekun vurulub.

Ümumilikdə istirahət günlərində Gəncə-Qazax magistralında yol-hərəkət qaydalarını pozan 300-ə yaxın sürücü barəsində inzibati protokol tərtib olunub. Onlardan 12-si sərxoşluqla bağlı olub. Reydlərin qarşıdakı günlərdə də davam etdiriləcəyi bildirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh