Sabah Azərbaycanda 37 dərəcə isti olacaq

Gündəm 13 İyul 2015 13:48 Oxunub 1184
Sabah Azərbaycanda 37 dərəcə isti olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rayonlarda əsasən yağmursuz hava şəraiti gözlənilir

İyulun 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında hava mülayimləşəcək. Temperatur gecə 20-24 dərəcə, gündüz 26-30 dərəcə olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacaq, qısa müddətli yağış ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 20-25, gündüz 33-37 dərəcə, dağlıq rayonlarda gecə 13-18, gündüz 26-31 dərəcə olacaq.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh