Millət vəkili artan yol qəzalarından danışıb

Gündəm 13 İyul 2015 15:30 Oxunub 1203
Millət vəkili artan yol qəzalarından danışıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qənirə Paşayeva bütün sürücü və piyadaları diqqətli olmağa çağırıb

Milli Məclisin deputatı Qənirə Paşayeva Tovuzdavə keçirdiyi görüşlərdə sürücüləri və piyadaları diqqətli olmağa çağırıb. Avtosfer.az xəbər verir ki, Q.Paşayeva Tovuzda Hunan kəndində sakinlərlə görüşündə həm də son zamanlar artan dəhşətli yol qəza faciələrindən bəhs edib. O, Tovuzda təkcə son 3 ayda böyük faciə - insanların ölümü ilə nəticələnən hadisələrə diqqəti yönəldərək bütün sürücü və piyadalarımızı diqqətli olmağa çağırıb. Q.Paşayeva yüksək surətlə avtomobil idarə etmənin hər yerdə pis hadisələrlə nəticələndiyini vurğulayaraq sürücülərimizi heç bir yerdə, özəlliklə də kəndlərdə surət həddini aşmamalarının və diqqətli olmalarının vacibliyini deyib.

Tovuzda son 3 ayda nə qədər ailənin gözüyaşlı, körpələrin atasız qaldığını deyən deputat bu məsələyə gənclərin xüsusi diqqət yetirməli olduqlarını bildirib.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh