Yolu hansı ardıcıllıqla keçmək lazımdır? – DOĞRU CAVAB

Yarışma 13 İyul 2015 17:11 Oxunub 1957
Yolu hansı ardıcıllıqla keçmək lazımdır? – DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az saytı ötən həftənin sualının doğru cavabını və ilk doğru cavabı vermiş oxucunun kimliyini açıqlayır. Budəfəki sualımız yolayrıcını keçmə qaydaları ilə bağlı idi. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Svetoforun sarı işığının yanıb-söndüyü bu yolayrıcını hərəkət iştirakçıları hansı ardıcıllıqla keçməlidirlər?

A) Düzünə gedən at arabası gözləməli, sizin idarə etdiyiniz və qarşıdan düzünə gələn avtomobil isə bir-birinə mane olmadığınıza görə hər ikiniz eyni zamanda keçib getməlisiniz;

B) Əvvəl qarşıdan düzünə gələn minik avtomobili, daha sonra düzünə gedən at arabası, sonda isə siz keçməlisiniz;

C) Əvvəl düzünə gedən at arabası keçib getməli, daha sonra isə sizin idarə etdiyiniz və qarşıdan düzünə gələn avtomobil bir-birinə mane olmadığınıza görə hər ikiniz eyni zamanda keçib getməlisiniz.

Sualın doğru cavabı belədir: Svetoforun sarı işığının yanıb-sönməsi yolayrıcının nizamlanmayan olduğunu bildirir. Burada keçid növbəlilyini bildirən üstünlük nişanları da yoxdur. Deməli, nəqliyyat vasitələri bu yolayrıcını “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsinin 3-ci hissəsinə müvafiq qaydada keçməlidirlər: hər bir sürücü (Qanunun 1-ci maddəsində verilən anlayışlara əsasən, at arabası da nəqliyyat vasitəsidir, onu idarə edən isə sürücüdür) sağdan yaxınlaşana yol verməlidir. Beləliklə, sualın doğru cavabı “C” variantı olacaq:  bu yolayrıcını əvvəl qarşıdan düzünə gələn minik avtomobili, daha sonra düzünə gedən at arabası, sonda isə siz keçməlisiniz.

Sualın ilk doğru cavabını Raqif Məmmədov adlı oxucumuz verib. Onu təbrik edirik!

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh