Prezident: "Aviabiletlərin qiyməti nə üçün baha olmalıdır?”

Gündəm 14 İyul 2015 02:10 Oxunub 1295
Prezident: "Aviabiletlərin qiyməti nə üçün baha olmalıdır?”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Təyyarələr dövlət büdcəsi hesabına alınır, aeroportlar dövlət hesabına tikilir…"

“AZAL yüksək xidmət göstərir, mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Axı başqa ölkələrə nisbətən kerosin ucuz qiymətə verilir, niyə aviabiletlər bahadır?”. Avtosfer.az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bunu bu gün Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

Prezident bildirib ki, AZAL dövlət tərəfindən böyük subsidiyalar alır: “Bütün təyyarələr dövlət büdcəsi hesabına alınır, aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. O halda başqa ölkələrə nisbətən aviabiletlərin qiyməti nə üçün baha olmalıdır?”

Prezident Maliyyə və Sənaye və İqtisadiyyat nazirliklərinə bu məsələ ilə məşğul olub, digər ölkələrlə müqayisə aparmağı tapşırıb: “Burada tənzimləmə mexanizmi olmalıdır, hər şey şəffaf olmalı və qiymətlər qaldırılmamalıdır ”.    

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh