Məşhur veposiped yarışında şok itki

Gündəm 14 İyul 2015 12:50 Oxunub 1182
Məşhur veposiped yarışında şok itki
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Velosipedçi xərçəngə görə yarışı tərk etdi

"Tur de Frans" veloyürüşündə Rusiyanın şərəfini qoruyan "Tinkoff-Sakso" komandası itki ilə üzləşib. İtaliyalı peşəkar velosipedçi İvan Basso yarışı vaxtından əvvəl dayandırmaq məcburiyytində qalıb. Belə ki, velosipedçiyə müayinələrin birində xərçəng diaqnozu qoyulub. O, bu bəd xəbəri Tur de Fransın ilk istirahət günündə alıb. Ənənəvi müayinədən sonra Bassoda xərçəng şişi aşkarlanıb və o təxirəsalınmaz müalicə üçün yarışmadan ayrılmalı olub.

Onun keçmiş rəqibi - beynə və ağ ciyərlərdə xərçəngə qalib gələn amerikalı velosipedçi Lans Armstron şəxsi twitter hesabında Bassoya dəstək ismarıcları paylaşıb. 

37 yaşlı Basso Tur de Frans yarışmasının favoriti sayılmasa da, onun komandadan gedişi komandasına ağır zərbə vurub. Böyük idman təcrübəsi olan Basso, 2005-ci ilin Turunda ikinci, 2004-cü ildə isə 3-cü yerin sahibi olub.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh