«Tbilisi istiqaməti üzrə qatarlara bilet qıtlığı yaşanmır»

Gündəm 14 İyul 2015 13:48 Oxunub 1201
«Tbilisi istiqaməti üzrə qatarlara bilet qıtlığı yaşanmır»
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Əlavə vaqonlar qoşulacaq”

Hazırda Bakı-Tbilisi istiqaməti üzrə qatarlara bilet qıtlığı yaşanmır. Gündə bir dəfə Bakı-Tibilsi istiqamətində qatarlar hərəkət edir. Tam olaraq bilet satılır. 

Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib. 

N.Əzməmmədovun sözlərinə görə, qeyd olunan istiqamətlər üzrə əvvəlcədən müəyyən olunmuş bilet sayı olur. Onlar da sərnişinlərə satılır.

Mətbuat xidmətinin rəhbəri həmin istiqamətdə tələbatın olduğunu da qeyd edib: “Hazırda Bakı-Tbilisi istiqaməti üzrə əlavə vaqonların qoşulması nəzərdə tutulmayıb. Amma sərnişinlərin çox olduğu iyulun 16 və 20-də isə Bakı-Ağstafa, Bakı-Böyükkeçid qatarlarına əlavə vaqonlar qoşulacaq”.

N. Əzməmmədovun sözlərinə görə, Bakı-Ağstafa, Bakı-Böyükkeçid istiqaməti üzrə qatarlardan Tbilisiyə getmək istəyən sərnişinlər də faydalana bilərlər: “Tbilisiyə getmək istəyən sərnişinlər əsasən, Böyükkeçiddə düşüb, oradan avtomobillə daha tez həmin şəhərə çatırlar”, deyə mətbuat xidmətnin rəhbəri əlavə edib. 

Bundan əlavə, “Azərbaycan Dəmir Yolları” QSC Ramazan bayramında tələbatın çox olduğu istiqamətlər üzrə də qatarlara əlavə vaqonların qoşulmasını istisna etmir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh