Azərbaycanda yağış yağacaq

Gündəm 14 İyul 2015 13:49 Oxunub 1289
Azərbaycanda yağış yağacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda cənub-şərq küləyi əsəcək

İyulun 15-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Avtosfer.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, küləkli hava bu gün axşama doğru mülayimləşəcək, lakin sabah gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 28-33 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.

Rayonlarda hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh