Sürücüləri və piyadaları sevindirəcək qanun qüvvəyə mindi

Yeniliklər 12 Aprel 2014 00:00 Oxunub 4513
Sürücüləri və piyadaları sevindirəcək qanun qüvvəyə mindi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cərimə faizləri yeni qaydada hesablanacaq

Yol hərəkəti qaydalarını pozuntularına görə tətbiq edilmiş cərimələrin ödənişini gecikdirmiş sürücüləri sevindirəcək qanun Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 12-də imzaladığı sərəncamla qüvvəyə minib. avtosfer.az saytının verdiyi məlumata görə, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, bundan sonra cərimənin ödənilməsi gecikdirildikdə onun üzərinə əvvəlki kimi 3 yox, 2 ay faiz gələcək. Yəni gecikən cərimə 180 % yox, 120% arta biləcək. Ən maraqlısı budur ki, bu düzəlişin geriyə qüvvəsi də var. Yəni kiminsə cəriməsinə artıq 180% əlavə olunubsa, bunun yalnız 120%-i alına bilər, 60%-i silinməlidir. Sürücü dostlar, həmin düzəlişin qalan yeniliklərini bazar ertəsi diqqətinizə çatdırmağa çalışacağıq, avtosfer.az-ı izləməyə davam edin.

avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh