Bakıda müəmmalı qətl: başqa maşında qan içərisində tapıldı

Gündəm 14 İyul 2015 16:22 Oxunub 1319
Bakıda müəmmalı qətl:  başqa maşında qan içərisində tapıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qan içərisində olan meyitin üzərində bıçaq yaraları olub

Bakıda müəmmalı qətl törədilib. Cinayətdəki müəmma qətl qurbanının başqasının maşınında tapılmasıdır. Cinayət hadisəsi Sabunçu rayonu, Maştağa qəsəbəsində törədilib. Avtosfer.az xəbər verir ki, 55 yaşlı Rauf Əliyevin meyiti dünən Gəncə şəhər sakini Abbas Mehdiyevə məxsus "AzSamand" markalı avtomobildə aşkarlanıb. Qan içərisində olan meyitin üzərində bıçaq yaraları olub. Qətlin kim tərəfindən törədilməsi, mərhumun başqasının avtomobilində necə olması hələ də qaranlıqdır. Bakı şəhər Prokurorluğu da qətlin qaranlıq məqamlarına işıq salmadı. Prokuror köməkçisi Günel Məmmədova milli.az-a qətllə bağlı məqamların açıqlanmamasını istintaq sirri ilə əlqələndirdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh