Azərbaycanda nə qədər ölü yol var? - MÜZAKİRƏ

Gündəm 14 İyul 2015 17:59 Oxunub 1335
Azərbaycanda nə qədər ölü yol var? - MÜZAKİRƏ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəs siz necə düşünürsünüz, əziz oxucular? Azərbaycanda "ölü yollar" çoxdurmu? Bizdə də bu cür xəritələrə ehtiyac varmı?

Rusiyanın Nəqliyyat Nazirliyi yararsız vəziyyətdə olan yolların xəritəsini hazırlayır. Bu xəritədə ölkənin bütün "ölü yolları" görünəcək.

Avtosfer.az mili.az-a istinadən xəbər verir ki, həmin xəritə həm dövlət qurumlarının və vətəndaşların işini rahatlaşdıracaq, həm də yol çəkilməsinə təmirinə məsul olan dövlət qurumu işləri haradan başlamalı olduqlarını biləcəklər. Vətəndaşlar isə bərbad yolun əvəzində alternativ yol seçmək imkanına malik olacaqlar.

Azərbaycanda ölkə əhəmiyyətli yolların çəkilişinə və təmirinə "Azəryolservis" ASC cavabdehdir. Məhəlli yolları adətən bələdiyyələr və icra hakimiyyətləri təmir edirlər. "Azəryolservis"in cavabdeh olduğu yollar haqda mənfi rəy söyləmək ədalətsizlik olardı. Ancaq bələdiyyələrin və icra hakimiyyətlərinin yolları heç də ürəkaçan deyil.

Son illər Azərbaycan dövlətinin yol infrastrukturuna xüsusi diqqət ayırması ölkə əhəmiyyətli yollarda çox mühüm inkişafa səbəb olub. Bakı-Quba, Bakı-Gəncə, Bakı Dairəvi yolu və digər yollarda əsaslı təmir işləri aparılıb və ya yenidən tikilib. Hazırda ölkəmizin əsas yolları heç də inkişaf etmiş ölkələrdəki yollardan geri qalmır. Bununla belə, çatışmazlıqlar da az deyil.

Bəs siz necə düşünürsünüz, əziz oxucular? Azərbaycanda "ölü yollar" çoxdurmu? Bizdə də bu cür xəritələrə ehtiyac varmı?

ŞƏRH YAZ
Ad

E-mail

Şərh