Ağır qəzada ölümdən dönən müğənni danışdı

Avtodünya 15 İyul 2015 00:10 Oxunub 1794
Ağır qəzada ölümdən dönən müğənni danışdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Konserv qutusu kimi əzilmiş maşının içindən sağ çıxmağıma inana bilmirəm"

Ötən ay ağır avtomobil qəzası keçirən populyar müğənni Niyam Salami nəhayət bu barədə danışdı. İfaçı anspress-ə açıqlamasında, keçirdiyi dəhşətli qəzanın təsirindən hələ də çıxmadığını söyləyib: “Çox ağır qəza idi. Avtomobilə birlikdə dərədən aşağı yuvarlandım. Konserv qutusu kimi əzilmiş maşının içindən sağ çıxmağıma inana bilmirəm. Çox qorxmuşdum. Qəza bir yana, təhlükəsizlik yastığının qəfil açılması məni daha çox qorxutdu. Çıldağa gedib qorxuluğumu götürtdükdə sonra yavaş-yavaş özümə gəldim. Çox şükür, indi yaxşıyam".

Niyam başına gələn hadisədə dostlarını saf-çürük etmək imkanı qazandırıb. Onun sözlərinə görə, bu dəhşəti qəzadan sonra bir çox dostlarını yaxından tanıyıb: "Bir neçə insanı isə özüm üçün kəşf etdim" - deyən sənətçi, bu sınaqdan keçməyən dostlarının adlarını çəkmək istəmədi.

Qəzadan sonra bugünədək maşınsız qalan Niyam Səlami, artıq özünə yeni avtomobil də alıb: "Həqiqətən də maşın insanın ikinci evi sayılır. İki ay idi ki, maşınsız idim. Sanki nəyisə itirmişdim. Allaha çox şükür ki, yeni avtomobilimə qovuşdum”.

Xatırladaq ki, N.Salami iyunun 8-i gecə saatlarında Sabuçu dairəsində avtomobili idarə edərkən qəflətən maşının təkəri çıxıb. Nəticədə maşın dərəyə aşıb. İfaçı 2 ilə yaxın idi ki, həmin “Ford” markalı avtomobili idarə edirdi.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh