"Sarı zolaq"da bu maşınların hərəkəti qadağan edildi

Yol polisi 15 İyul 2015 17:07 Oxunub 1895
"Sarı zolaq"da bu maşınların hərəkəti qadağan edildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
5 tondan artıq çəkisi olan yük maşınlarının yola daxil olması qadağandır

 “Avropa Oyunları zamanı çəkilmiş “sarı zolaqlar”dan minik avtomobilləri və ictimai nəqliyyat vasitələri iyulun 1-dən etibarən rahat şəkildə istifadə edirlər. Amma bu icazə yük avtomobillərinə aid deyil”. Bu sözləri anspress-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, Birinci Avropa Oyunları vaxtı “sarı zolaqlar”qadağası qüvvədə olsada, oyunlar bitdiyi üçün zolaqlar yenidən avtomobillərin istifadəsinə verilib. Lakin bəzi istiqamətlərdə sarı zolaqların saxlanılması nəzərdə tutulub.

Vaqif Əsədovun sözlərinə görə, bu istiqamətlərdə xüsusi işarələr qoyulub. O həmçinin zolaqların qüvvədə saxlanıldığı yollarda “sarı zolağa” 5 tondan artıq çəkisi olan yük avtomobillərinin daxil olmasının qadağan olduğunu bildirib. 

Zolaqlara daxil olan yük avtomobillərinin sürücüləri 40 manat cərimə olunacaqlar. 

Birinci Avropa Oyunları ilə əlaqədar çəkilən "sarı zolaqlar" qadağası “sarı zolağ” qadağası iyunun 3-dən etibarən qüvvəyə minib. Oyunlar bitdikdən - 28 iyun bağlanış mərasimindən sonra isə bu qadağanın müddəti daha 10 gün müddətində uzadılmışdı. 

Xatırladaq ki, oyunlarla bağlı olaraq rayon qeydiyyatında olan maşınların da şəhərə girişi məhdudlaşdırlmışdı. Onların dayanması üçün paytaxtın girişində iki dayanacaq fəaliyyətə başlamışdı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh