Avropa Oyunlarında nümunəvi xidmət göstərən yol polislər təltif olundu - FOTOLAR

Yol polisi 15 İyul 2015 23:59 Oxunub 7635
Avropa Oyunlarında nümunəvi xidmət göstərən yol polislər təltif olundu - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Deputatlar tərəfindən mükafatlandırılan 30 yol polisi əməkdaşı və 1 tağım Bakıda ən yaxşı nəticələr əldə edib

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, «Jurnalistika və İnkişaf Mərkəzi» İctimai Birliyi və «Digesta» hüquq firması «Yol polisi sürücü münasibətləri» mövzusunda tədbir keçirib. Tədbirdə millət vəkilləri, ictimaiyyət nümayəndələri, Daxili İşlər Nazirliyinin, Baş Dövlət Yol Polisi İdarəsinin, Bakı şəhər Dövlət Yol Polisinin əməkdaşları iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Yol polisi-sürücü münasibətlərinə həsr olunmuş layihə çərçivəsində baş tutan tədbirdə çıxış edən «Jurnalistika və İnkişaf Mərkəzi» İctimai Birliyinin sədri, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı bildirib ki, layihə 4 ay ərzində həyata keçirilib.E.Muradlı bildirib ki, layihənin əsas məqsədi ölkəmizdə yol hərəkəti mədəniyyətinin yüksəldilməsi, yol hərəkəti iştirakçıları arasında nizam-intizamın gücləndirilməsi naminə Dövlət Yol Polisi əməkdaşları ilə sürücülər və digər hərəkət iştirakçıları arasında qarşılıqlı inam və etimadın daha da gücləndirilməsidir. Tədbirdə Birinci Avropa Oyunlarında yol hərəkəti təhlükəsizliyi ilə bağlı nümunəvi xidmətlər göstərmiş Bakı şəhər DYP-nin 19 əməkdaşı, 1 tağımı, habelə, Bakının rayon Dövlət Yol Polisi şöbələrinin 11 əməkdaşı «Jurnalistika və İnkişaf Mərkəzi» İctimai Birliyi, Avtosfer.az saytı və «Digesta» hüquq firmasının təsiis etdiyi diplomlarla və müxtəlif şirkətlərin hədiyyələri ilə təltif olunublar.

Yol polisi əməkdaşlarının mükafatlandırılmasının sırf Avropa Oyunları və 2 İyul – Polis günü münasibətilə həyata keçirildiyini deyən E.Muradlı qeyd edib ki, həqiqətən də DYP əməkdaşları Oyunlar ərəfəsində müstəsna xidmətlər göstəriblər: «Bəlkə də bizlərdən heç bir o cür ağır iş şəraitinə dözə bilməzdik. Amma yol polisləri bunun öhdəsindən layiqincə gəldilər və heç bir problem də olmadı. Gecənin yuxusuzluğu, günün istisi onları qorxutmadı. Əlbəttə, biz istərdik ki, həmin əməkdaşların hər birini mükafatlandıraq, bu simvolik hədiyyələrlə onların işinə qiymət verək”.

Tədbirdə Birinci Avropa Oyunları zamanı xidmətlərinə görə fərqlənən yol polisi əməkdaşlarına diplomlar verildi. Milli Məclisin deputatları Fazil Mustafa, Qənirə Paşayeva, Jalə Əliyeva, Fərəc Quliyev, Aqil Abbas, QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı katibi Fərasət Qurbanov, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Mahirə Əmirhüseynova, Fəridə Süleymanova, istefada olan general-mayor Kamil Məmmədov, hüquqşünas Ərşad Hüseynov və digər ictimaiyyət nümayəndələri diplomları yol polisi əməkdaşlarına təqdim ediblər.

Deputat Aqil Abbas yol polislərini təbrik edərək onlara çətin və şərəfli işində uğurlar arzulayıb: «Mən yol polisləri ilə dostluq edirəm. Bilirəm ki, yol polisləri olmasa, bəzi harınlamış sürücülər insanları əzib keçər».

Millət vəkili Fazil Mustafa da qeyd etdi ki, Avropa Oyunları müddətində yol polisinin göstərdiyi xidmət təqdirəlayiqdir: «İstərdik ki, bundan sonra da yol polisləri ilə sürücülər arasında münasibətlər bu şəkildə davam etsin. Bilirik ki, bu sahədə müəyyən çatışmazlıqlar var, qanunvericiliklə bağlı müəyyən işlər görülməlidir. Bu məsələlərin də həllində yol polisinə hər zaman dəstək olmağa hazırıq».

DYP əməkdaşlarına dəstəyini ifadə edən millət vəkili Fərəc Quliyev də bildirdi ki, qanunvericiliklə bağlı ciddi islahatlara ehtiyac var. Ən əsası isə dövlət qulluqçusuna, polisə qarşı neqativ hallara yol verən şəxslər ciddi şəkildə cəzalandırılmalıdır: «Polis vətəndaşa qarşı hansısa qanunsuz hərəkətə yol verəndə cəzalandırılırsa, polisə qarşı qanunsuz hərəkətlərə yol verənlər də eyni şəkildə cəzalandırılmalıdır».

QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı katibi Fərasət Qurbanov da yol polislərinin ağır iş şəraitində çalışdığını qeyd edərək həyata keçirilən bu layihənin uğurlu olduğunu, Şuranın gələcəkdə də bu cür layihələrə dəstək verəcəyini diqqətə çatdırdı. Onun sözlərinə görə, vətəndaş cəmiyyəti polislərlə yanaşı, sürücü və piyadalarla da iş qurmalı, təbliğatı daha da genişləndirməlidir.

Hüquqşünas Ərşad Hüseynov qeyd etdi ki, yol polislərinin işi ağır və məsuliyyətlidir. Odur ki, DYP əməkdaşları vətəndaşlarla ünsiyyətdə son dərəcə diqqətli olmalıdırlar: «Ən əsası isə yol polislərinin psixoloji hazırlığıdır».

Layihənin məqsədindən söz açan Elməddin Muradlı yol hərəkəti təhlükəsizliyinin müasir səviyyədə təmin olunmasında DYP-nin əməkdaşlarının səmərəli fəaliyyətinin nəticəsi olduğunu qeyd edərək ali məqsədin yollarımızı daha təhlükəsiz etmək, cəmiyyətin fasiləsiz və rahat nəqliyyata olan ehtiyaclarının ödənilməsinə şərait yaratmaq olduğunu qeyd edib: "Layihə çərçivəsində sürücülərin müxtəlif istiqamətlərdə maarifləndirilməsi ilə yanaşı, yol polisi əməkdaşları ilə görüşlərin keçirilməsi, yollarımızda mövcud olan tipik problemlərin öyrənilməsi, xüsusən sürücülərin daha çox səhvə yol verdiyi məqamların aydınlaşdırılması və onların aradan qaldırılması istiqamətində konkret təbliğat işi zəruridir. Həmin problemləri isə sözsüz ki, ən aydın şəkildə Dövlət Yol Polisi əməkdaşları bilirlər. Ona görə də layihə çərçivəsində ölkəmizin dörd regionunda - Mingəçevir, Lənkəran, Yevlax və Xaçmazda, habelə paytaxt Bakıda DYP əməkdaşları ilə birgə görüşlərin və fikir mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur. Belə görüşlərdə əsas məqsədimiz Dövlət Yol Polisi - sürücü münasibətlərinin daha da yaxşılaşdırılmasına xidmət edəcək ideyaları aşkara çıxarmaq, daha sonra həmin ideyaları həyata keçirməkdir”.

Təşkilat sədri bildirib ki, DYP əməkdaşları ilə görüşlərin təşkili ilə bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubova edilən müraciətə müsbət cavab verilib və görüşlərə start verilib. Bundan əlavə, Avropa Oyunları ərəfəsində Azərbaycan-ingilis dili lüğəti hazırlanaraq DYP əməkdaşlarına pulsuz paylanılıb. Sonda tədbir iştirakçılarına tədbirin sponsorlarından olan  «Azərsun Holding», «Akkord» şirkəti, «Andrew's Ties» və «Nişantaşı» restoranının hədiyyələri təqdim olunub.

 

Təltif olunan DYP əməkdaşları:

1. Zahidov Tələt Məhəmməd oğlu - baş leytenant

2. İsayev Ələmşah Baxşalı oğlu - baş serjant

3. Məmmədov Zaur Bayundur oğlu - serjant

4. Abbaslı Fərid Oqtay oğlu - baş serjant

5. Hüseynov Ramil Şamil oğlu - serjant

6. Səlimov Mehdi Kərim oğlu - baş leytenant

7. Ağamalıyev Namiq İmran oğlu - serjant

8. Kərimov Asim Oktay oğlu-baş leytenant

9. Həsənzadə Xatir Həsən oğlu - serjant

10. Məmmədov Firuz Yaqub - baş serjant

11. Manafov Malik Seyidağa - baş leytenant

12. Məmmədov Nizami Vaqif oğlu - kapitan

13. Əliyev Mansur Aydın oğlu - kapitan

14. Əliyev Nurlan Arif oğlu- baş leytenant

15. Hənəfiyev Cəmşid İdris oğlu - mayor

16. Yusubov Firdovsi Yusif oğlu - mayor

17. Seyidov Emil Mirəziz oğlu - kapitan

18. Mirzəmmədov Vladik Natiq oğlu- kişik serjant

19. Qasayev Ruslan Mustafa oğlu- serjant

20. Əlizadə Elman Telman oğlu- baş leytenant

21. Tanrıverdiyev Fuad Rza oğlu- baş serjant

22. Abdullayev Səxavət Əmrah oğlu-baş serjant

23. Səfərov Elvin Məzəddin oğlu- serjant

24. Sultanov Habil Namiq oğlu- serjant

25. Hətəmov Yusif Arif oğlu- serjant

26. Arzumanlı Arzuman Fərahim oğlu-leytenant

27. Səbzəliyev Zaur Zahir oğlu- kiçik serjant

28. Əlikişiyev Nahid Rəfail oğlu

29. Seyidov Sabir Arif oğlu-leytenant

30. Qasımov İlqar Nəriman oğlu- kapitan

 

Xüsusi olaraq:

 

11-ci tağım – Tağım komandiri - Əliyev Mərdan İbadulla oğlu - kapitan

 

Nurlan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh