Nigar Camalın qəza xəbəri təsdiqləndi - VİDEO

Qaydalar 15 İyul 2015 18:49 Oxunub 2395
Nigar Camalın qəza xəbəri təsdiqləndi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mahnı oxuyan və oynayan rəfiqələr həmin anı telefona çəkib

“Eurovision 2011” qalibi Nigar Camalın avtomobil qəzası keçirməsi xəbərlərini anası Səidə Şaxsuvarova təsdiqləyib. Avtosfer.az-ın 1news.az-a istinadən məlumatına görə, S.Şaxsuvarova qızının və rəfiqələrinin səhhətinin yaxşı olduğunu bildirib. O, hadisənin Quba yolunda, Xızı rayonunda baş verdiyini söyləyib. 

Qeyd edək ki, N.Camalın qəza anını əks etdirən video sosial şəbəkədə yayılıb. Mahnı oxuyan və oynayan rəfiqələr həmin anı telefona çəkib. Qəfildən telefon yerə düşür və qışqırıq səsi eşidilir. Avtomobili N.Camalın rəfiqəsi idarə edib.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh