Rayon maşınları ilə bağlı qadağa ləğv edildi

Yol polisi 15 İyul 2015 18:59 Oxunub 1578
Rayon maşınları ilə bağlı qadağa ləğv edildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov: «Bölgələrdən gələn avtomobillər şəhərə heç bir maneəsiz daxil ola bilər»

“Artıq istənilən rayon dövlət qeydiyyat nişanlı avtomobillər Bakı şəhərinə sərbəst şəkildə daxil ola bilər”. Avtosfer.az xəbər verir ki, bunu anspress-ə açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib. “Birinci Avropa Oyunları müsbət nəticələrlə yekunlaşdı. Hazırda paytaxtda rayon qeydiyyat nişanlı avtomobillərin daxil olması ilə bağlı qadağalar götürülüb. Bölgələrdən gələn avtomobillər şəhərə heç bir maneəsiz daxil ola bilər”.

Şöbə rəisinin sözlərinə görə, hazırlanan tədbirlər planı ilə əlaqədar müzakirələr gedir. Yaxın vaxtlarda avtomobil yollarındakı yeni qaydalarla bağlı məlumat veriləcək.

Xatırladaq ki, oyunlar ərəfəsində rayon qeydiyyatında olan maşınların paytaxta girişi məhdudlaşdırılmışdı. Maşınların dayanması üçün iki istiqamətdə dayanacaq yaradılmışdı - qərb istiqamətində girişi üçün Qaradağda, şimal ərazisindən gələnlər üçün isə "Xırdalan dairəsi"də. Bakı-Sumqayıt yolundan istifadə edənlərə Ər-Riyad ticarət mərkəzinin həyətində, Şamaxı istiqamətindən gələnlərə Müşfiq postunun yaxınlığında, Bakı-Kürdəmir və Bakı-Astara istiqamətlərindən gələn sürücülər üçün isə Ələt yolunun 14-cü km-də sahə ayrılmışdı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh